Главная > Manset / Cəmiyyət > Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub17-09-2023, 08:00. Разместил: azadses |
Xəzər dənizində zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, sentyabrın 17-də, yerli vaxtla saat 02:51-də Qala stansiyasından 147 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 4,6 maqnitudada baş verib, zəlzələ ocağı 62 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. Вернуться назад |