Главная > Manset / Dünya > Alimlər Parkinson xəstəliyinin ilkin əlamətlərini müəyyən ediblər
Alimlər Parkinson xəstəliyinin ilkin əlamətlərini müəyyən ediblər16-09-2023, 14:42. Разместил: azadses |
ABŞ-dən olan neyrofizioloqlar aşkar ediblər ki, Parkinson xəstəliyi özünü büruzə verməzdən, yəni dofamin neyronlarının ölümündən əvvəl onların arasında sinaptik təmasların fəaliyyətində pozğunluqlar yaranır. Şimal-Qərb Universitetinin Mətbuat Xidməti bildirir ki, bu əsas disfunksiyanın aradan qaldırılması potensial olaraq xəstəliyin inkişafını dayandıra bilər. Məqalə cümə günü “Neuron” jurnalında dərc olunub. Alimlərin sözlərinə görə, Çikaqodakı Şimal-Qərb Universiteti elmi qrupunun kəşfi sayəsində qorxunc və getdikcə yayılan xəstəliyi erkən mərhələdə aşkar edərək zərərsizləşdirmək mümükündür. Вернуться назад |