Главная > Manset / Dünya > Hindistanda virus səbəbindən təhsil müəssisələrinin bağlanması müddəti uzadılıb

Hindistanda virus səbəbindən təhsil müəssisələrinin bağlanması müddəti uzadılıb


16-09-2023, 13:00. Разместил: azadses
Hindistanın cənubundakı Kerala ştatının Kojikode dairəsinin səlahiyyətliləri ölümcül “Nipah” virusunun yayılması ilə əlaqədar bütün təhsil müəssisələrinin bağlanmasını sentyabrın 24-dək uzadıb.

“Report” NDTV-yə istinadən xəbər verir ki, Kojikodedə bütün məktəblər, kolleclər və universitetlər bağlanıb. Məhdudiyyətlərin uzadılması qərarı dairədə virusa yoluxmuş altıncı şəxsin müəyyən edilməsindən sonra verilib. Bununla belə, yerli hakimiyyət orqanları bildiriblər ki, onlayn dərslər həftə ərzində davam edəcək.

Kerala ştatının səhiyyə naziri Vina Corc jurnalistlərə bildirib ki, virusa yoluxanlarla təmasda olan insanların siyahısı 1 080 nəfərdir və şənbə günü siyahıya daha 130 nəfər daxil edilib. Onların hamısı nəzarət altındadır. Həmin şəxslərin 327 nəfəri tibb işçisidir.

Qeyd edək ki, ilk yoluxmlar sentyabrın 11-də müəyyən edilib. Virusdan iki nəfər ölüb, daha dörd xəstə dövlət xəstəxanalarında müalicə olunur.


Вернуться назад