Главная > Manset / Dünya > Türkiyədə 9 nəfərdə “Eris” virusu aşkarlanıb
Türkiyədə 9 nəfərdə “Eris” virusu aşkarlanıb15-09-2023, 13:53. Разместил: azadses |
Türkiyədə 9 nəfərdə "COVID"19-un variantlarından olan omikronun mutasiyaya uğramış “EG.5.1.” “Eris” virusu aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “X” səhifəsində yazıb. Nazir sosial media hesabındakı paylaşımında qeyd edib: “Onların xarici ölkələrlə təmasları var. Yoluxanlar eyni əyalətdəndirlər”. Onun sözlərinə görə, “Eris”in aşkaralanması bağlı narahatlığa səbəb yoxdur: “Bu vəziyyət başqa ölkələrdə adi haldır. Bizdə də ola bilərdi. Yaşlılarımızı və xroniki xəstələrimizi qoruyacağıq”. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı “Eris” variantının müşahidə edilməsini təsdiq edib. Вернуться назад |