Главная > Manset / Siyasət > Hakan Fidan: “Şərq-Qərb dəhlizinin önəmi hər ötən gün artır”

Hakan Fidan: “Şərq-Qərb dəhlizinin önəmi hər ötən gün artır”


11-09-2023, 15:27. Разместил: azadses
“Şərq-Qərb dəhlizinin önəmi hər ötən gün artır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Astanada Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleunla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Xəzər keçidli Şərq-Qərb dəhlizinin əhəmiyyəti barədə məsələlər ikitərəfli görüş zamanı müzakirə olunub: “Bundan başqa, biz ikitərəfli əlaqələr, Türk Dövlətləri Təşkilatı daxilindəki əməkdaşlıq barədə danışdıq. Eyni zamanda, ortaq düşmənimiz olan FETÖ terror təşkilatına qarşı mübarizə barədə fikir mübadiləsi apardıq”.


Вернуться назад