Главная > Manset / Dünya > İlon Mask Kaliforniya ştatını məhkəməyə verib
İlon Mask Kaliforniya ştatını məhkəməyə verib10-09-2023, 18:43. Разместил: azadses |
İş adamı İlon Maskın “X” sosial şəbəkəsi (keçmiş “Twitter”) ştatın sosial şəbəkələr üçün yeni şəffaflıq tələbləri müəyyən edən və onlardan dezinformasiya, təqib, nifrət hissi yaratma və ekstremizmlə mübarizə üzrə siyasətlərini dərc etməyi tələb edən qanununa görə Kaliforniya ştatını məhkəməyə verib. “X” öz iddiasında bildirir ki, qanun ABŞ Konstitusiyasının birinci düzəlişində (1789-cu ildə qəbul edilib və həmçinin din, mətbuat və toplaşmaq azadlığını təmin edir) nəzərdə tutulan söz azadlığı hüququnu pozur. Şikayətdə qeyd edilir ki, qanunun “əsl məqsədi” sosial şəbəkələrə sahiblik edən şirkətlərə yerli hakimiyyət orqanları tərəfindən uyğunsuz hesab edilən məzmunu silmək üçün təzyiq göstərməkdir. Məhkəmə iddiasında deyilir ki, bununla Kaliforniya bu şirkətləri siyasət məsələlərində ştatın fikirlərinə əsasən hərəkət etməyə məcbur edir. Mənbə: Bloomberg Вернуться назад |