Главная > Manset / Siyasət > Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib

Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib


10-09-2023, 12:07. Разместил: azadses
Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib.

Bu barədə "Report" nazirliyin saytına istinadən xəbər verir.

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.


Вернуться назад