Главная > Manset / Dünya > Çinin Dövlət Şurasının Baş naziri: Çin və Aİ birləşməli və əməkdaşlıq etməlidir

Çinin Dövlət Şurasının Baş naziri: Çin və Aİ birləşməli və əməkdaşlıq etməlidir


10-09-2023, 10:30. Разместил: azadses
Çin və Avropa qlobal müəyyənsizliyə qarşı birləşməli və əməkdaşlıq etməlidir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Şurasının Baş naziri Li Ketsyan G20 sammitinin kuluarında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə deyib.

Agentlik qeyd edib ki, siyasətçinin çağırışı Avropa blokunun 2019-cu ildən bəri tərəfdaşı və “sistemik rəqibi” olaraq görülən Çinlə qarşılıqlı əlaqə risklərinə qarşı daha ehtiyatlı olduğu bir vaxtda səslənib.

“Risklərin qabaqlanması əməkdaşlığa əngəl deyil, qarşılıqlı asılılıq etibarsızlıqla eyniləşdirilməməlidir”, - Li Ketsyan Avropa Komissiyasının Prezidentinə bildirib.

Dövlət Şurasının Baş naziri Avropa blokunu Çin şirkətləri üçün ayrı-seçkiliyə yol verməyən bir mühit yaratmağa çağırıb və əlavə edib ki, Çin təmiz enerji və yaşıl maliyyə kimi sahələrdə dialoqu və əməkdaşlığı gücləndirməyə hazırdır.

“Çin və Aİ daha da birləşməli və əməkdaşlıq etməli, həmçinin Çin-Aİ münasibətlərinin sabitliyindən dünyadakı vəziyyətin qeyri-müəyyənliyinə qarşı sədd kimi istifadə etməlidir”, - Li Ketsyan vurğulayıb.


Вернуться назад