Главная > Manset / Dünya > Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb - YENİLƏNİB - 3

Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb - YENİLƏNİB - 3


9-09-2023, 12:54. Разместил: azadses
Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb.

“Report” xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Mənbənin sözlərinə görə, 329 nəfər yaralanıb.

Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

06:16
Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfəri ötüb, 153 şəxs yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Mənbənin sözlərinə görə, həlak olan 296 nəfərin 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində yaşayırmış. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

05:30
Mərakeşdə baş verən zəlzələ zamanı ölənərin sayı 93 nəfər çatıb.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, təkcə Əl-Həuz bölgəsində (Mərakeş şəhərinin yerləşdiyi əyalət - Qeyd) 73 nəfər dağıntılar latında qalaraq dünyasını dəyişib.

Yeraltı təkan nəticəsində Mərakeş şəhərində bəzi binalar çöküb. Səlahiyyətlilər ölənlərin sayını hələ təsdiqləməyib.

Almaniya Seysmoloji Mərkəzi zəlzələnin şiddətinin 7 bal olduğunu açıqlayıb.

05:19
Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların təsirindən bəzi binalar dağılıb, beş nəfər ölüb.

Ölənlərin cəsədləri ölkənin cənubundakı Demnat şəhərində dağıntılar altından tapılıb.


Вернуться назад