Главная > Manset / Siyasət > Milli Məclis TürkPA-nın adının dəyişdirilməsi barədə sənədi ratifikasiya edəcək
Milli Məclis TürkPA-nın adının dəyişdirilməsi barədə sənədi ratifikasiya edəcək8-09-2023, 19:32. Разместил: azadses |
Milli Məclis Türkdilli Ölkələrin Parlament Assambleyasının adının dəyişdirilməsi barədə sənədi ratifikasiya edəcək. "Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Belə ki, “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” layihəyə əsasən, təşkilat Türk Dövlətləri Parlament Assambleyası adlanacaq. Вернуться назад |