Главная > Manset / Siyasət > Əli Yerlikaya TDT nazirlərinin Bakı görüşündə: "Türkiyə çətin günlərində etdiyiniz yardımları heç vaxt unutmayacaq"
Əli Yerlikaya TDT nazirlərinin Bakı görüşündə: "Türkiyə çətin günlərində etdiyiniz yardımları heç vaxt unutmayacaq"7-09-2023, 09:30. Разместил: azadses |
"Bu təşkilat birliyimizin, qardaşlığımızın simvoludur və Türkiyə çətin günlərində etdiyiniz yardımları heç vaxt unutmayacaq". "Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib. Onun sözlərinə görə, bu il Türkiyədə 50 min sakin zəlzələ qurbanı oldu, 14 milyon nəfər isə zərər çəkdi. "Çətin günlərdə bizləri tək qoymadınız. Bir çox vətəndaşımızın sağ qalmasında sizlərin böyük rolu oldu. Təkcə Kahramanmaraşda Azərbaycanın qurduğu 2 səhra xəstəxanasında qardaşlarımız tərəfindən xilas edilən 1 410 vətəndaşımız müalicə aldı. Bizim harayımıza ilk gələn ölkə qardaş Azərbaycan oldu. Eyni zamanda, 90 ölkədən Türkiyəyə müxtəlif yardımlar göndərildi", - nazir qeyd edib. Вернуться назад |