Главная > Manset / İdman > Renat Dadaşov yeni klubunda tibbi müayinədən keçir, milliyə gec qoşulacaq

Renat Dadaşov yeni klubunda tibbi müayinədən keçir, milliyə gec qoşulacaq


5-09-2023, 11:17. Разместил: azadses
"Renat Dadaşov yeni klubunda tibbi müayinədən keçdiyi üçün milliyə sentyabrın 6-da qoşulacaq. Baş məşqçi ona icazə verib".

Bunu "Report"a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli yığmanın hazırlıq prosesi ilə bağlı danışarkən deyib.

O, komandanın dünən Tofiq Bəhramov adına Respublika stadionunda məşq etdiyini bildirib. Bu gün də eyni məkanda bir məşq nəzərdə tutulub: "Ayın 6-dan "Dalğa Arena"da toplanış start götürəcək. İki gün sonra isə matçdan əvvəl son məşq və mətbuat konfransı gerçəkləşəcək".

Qeyd edək ki, Renat Dadaşov İsveçrə “Qrasshopper”indən ayrılaraq Türkiyənin "Hatayspor" klubuna keçəcək. Sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələ görüşündə Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi bundan üç gün sonra yoldaşlıq matçında İordaniyanı sınağa çəkəcək.


Вернуться назад