Главная > Manset / Dünya > Rusiya uğursuz Ay ekspedisiyasından sonra Marsın peyki Fobosu hədəfə alıb

Rusiya uğursuz Ay ekspedisiyasından sonra Marsın peyki Fobosu hədəfə alıb


2-09-2023, 07:55. Разместил: azadses
S. A. Lavoçkin adına elmi-istehsalat birliyi (“Roskosmos”a daxildir) 2030-cu ildən sonra Rusiyanın “Bumeranq” planetlərarası stansiyasını işə salmaq niyyətindədir. Qurğu süxuru Marsın peyki Fobosdan Yerə çatdırmalıdır.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ekspedisiyanın birinci mərhələsi həm Marsın, həm də onun iki peykinin “distant və təmas üsulları ilə” tədqiqini nəzərdə tutur. Əsas vəzifələr cazibə qüvvəsi olmadıqda göy cisimlərinə enmə və Fobosdan maddə nümunələrinin Yerə çatdırılmasından ibarətdir.

“Bumeranq” təxminən 600 qram süxuru Yerə çatdırmalı olduğu daha öncədən məlum idi. O zaman missiyanın yalnız Avropa Kosmik Agentliyinin (AKA) iştirakı ilə mümkün olacağı qeyd edilirdi. Belə ki, 2016-cı ildə AKA-nın layihəsində iştirak nəzərdə tutulsa da, Ukraynaya hərbi müdaxilədən sonra Avropa qurumu Rusiya ilə əməkdaşlıqdan imtina edib.

Aparatın kosmosa buraxılışının “Anqara” daşıyıcı raketindən istifadə etməklə “Vostoçnı” kosmodromundan gerçəkləşdirilməsi planlaşdırılır. Çəkisi 6,5 ton olan kosmik gəmi Marsa uçmalı, Mars, Fobos və Deymos ətrafındakı orbitlərə daxil olmalı və onların distant tədqiqatını aparmalı, Fobosun səthinə yumşaq eniş etməli və onun süxurundan nümunələr götürməlidir.

Xatırladaq ki, avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyası Ayın cənub qütbünə enməyi gözlənsə də, bu, baş verməyib. O zaman Lavoçkin adına elmi-istehsalat birliyi missiyanın uğur şansını 80 % qiymətləndirmişdi.


Вернуться назад