Главная > Manset / Cəmiyyət > ÜST-nin Azərbaycandakı nümayəndəsi Naxçıvana gedib
ÜST-nin Azərbaycandakı nümayəndəsi Naxçıvana gedib28-08-2023, 09:36. Разместил: azadses |
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gedib. "Report"un yerli bürosu xəbər verir ki, heyət Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüb və ehtiramlarını bildiriblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Qeyd edək ki, 3 gün davam edəcək səfər çərçivəsində ÜST-nin nümayəndə heyəti muxtar respublikanın səhiyyə sistemində son aylarda həyata keçirilmiş dünya təcrübəsinə əsaslanan köklü islahatlar, tibbi xidmətin keyfiyyətinin artırılmasına yönələn və müasir yanaşma ilə görülən işlər, həmçinin yaxın günlərdə reallaşdırılacaq layihələrlə yaxından tanış olacaqlar. Eyni zamanda Naxçıvan şəhəri ilə yanaşı, Ordubad və Şərur rayonlarında da olacaq, rayonlarda yeni yaradılan Ailə Sağlamlıq Mərkəzləri ilə tanış olacaqlar. Həmçinin səfər proqramında heyətin Naxçıvanın tarixi-memarlıq abidələrini ziyarəti də nəzərdə tutulub. Вернуться назад |