Главная > Manset / Siyasət > XİN Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib
XİN Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib28-08-2023, 08:48. Разместил: azadses |
Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib. "Report"un xəbərinə görə, nazirliyin "X" hesabında edilən paylaşımda qeyd olunub ki, 31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. "Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var", - paylaşımda qeyd olunub. Вернуться назад |