Главная > Manset / Dünya > KİV: Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyatı Kursk aerodromuna hücum edib
KİV: Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyatı Kursk aerodromuna hücum edib27-08-2023, 20:12. Разместил: azadses |
Ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyatı kamikadze dronları vasitəsilə Rusiyanın Kursk aerodromundakı hərbi təyyarələrə hücum edib. “Report” xəbər verir ki, bu barədə Ukraynanın “Censor.NET” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, 16 kamikadze dronu 4 ədəd Su-30 və 1 ədəd MİQ-29-un üzərində işləyib. Həmçinin vurulan hədəflər arasında S-300 kompleksinin radarları və iki “Pantsir” olub. Demək olar ki, bütün UTX dronları hədəflərinə çatıb. Onlardan yalnız 3-ü Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. Rusiyalılar özləri 13 partlayış qeydə alıblar. Məlumata görə, hücumu UTX-nin 13-cü Baş İdarəsinin hərbi əks-kəşfiyyatçıları təşkil edib. Вернуться назад |