Главная > Manset / Dünya > İranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub, 3 nəfər ölüb
İranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub, 3 nəfər ölüb25-08-2023, 13:35. Разместил: azadses |
İranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub, 3 nəfər ölüb. "Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin heyvanlardan insanlara keçən xəstəliklərin profilaktikası və nəzarət qrupunun rəhbəri Məhəmmədrza Şirzadi deyib. O bildirib ki, ölkədə 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub, bu xəstəlikdən 3 ölüm halı qeydə alınıb. Qeyd edək ki, Krım-Konqo xəstəliyi İranda daha geniş yayılıb. Bu xəstəlik gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Вернуться назад |