Главная > Manset / İdman > Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxacaq

Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxacaq


25-08-2023, 10:21. Разместил: azadses
Bu gün Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, oğlanlardan 73 kq çəki dərəcəsində Süleyman Şükürov, qızlardan isə 63 kq-da Kamilla Toholiyeva tatamiyə çıxacaq.

73 kq

1/16 final. Süleyman Şükürov - Aminjon Abducalilzadə (Tacikistan) - Batur Mərdanov (Türkmənistan) cütünün qalibi

63 kq

1/32 final. Kamilla Toholiyeva - Kasandra Kovacı (Albaniya)

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medal əldə edib.


Вернуться назад