Главная > Manset / Dünya > İlon Mask Soros Fondu ilə məhkəmədə çəkişəcək

İlon Mask Soros Fondu ilə məhkəmədə çəkişəcək


24-08-2023, 22:30. Разместил: azadses
“Tesla”, “SpaceX” və “X” sosial şəbəkəsinin sahibi, milyarder İlon Mask söz azadlığının boğulmasını dayandırmaq üçün “Soros Fondu”nu məhkəməyə vermək niyyətindədir.

Məlumata görə, Mask bu fikrini jurnalist Ben Skallanın Soros Fondu tərəfindən maliyyələşdirilən təşkilatların İrlandiya və Şotlandiyada senzura siyasətini önə çəkdiyini iddia edən məqaləsinə cavab olaraq dərc edib. Məqalədə qeyd olunub ki, bu senzura özündə polisin evlərdə axtarışlar aparmasını, vətəndaşların şəxsi telefonlarının və kompüterlərinin yoxlanılmasını əhatə edir.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı


Вернуться назад