Главная > Manset / Dünya > Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri İrəvana buraxılmayıb
Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri İrəvana buraxılmayıb24-08-2023, 20:04. Разместил: azadses |
Rəsmi İrəvan Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmayıb. “Report” xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının telegram kanalında məlumat yayılıb. O, avqustun 24-də səhər saatlarında “Aeroflot”a məxsus təyyarə ilə Moskvadan İrəvana uçub. Lakin “Zvartnots” hava limanında V.Krivopuskovun sərhədi keçməsinə icazə verilməyib. Qeyd edək ki, o, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müşaviri olub. Вернуться назад |