Главная > Manset / Hadisə > Azərbaycandakı zəlzələ nəticəsində dəmiryol infrastrukturuna ziyan dəyməyib

Azərbaycandakı zəlzələ nəticəsində dəmiryol infrastrukturuna ziyan dəyməyib


23-08-2023, 14:31. Разместил: azadses
Bu gün saat 01:23 radələrində Masallı və Cəlilabad rayonlarının sərhədində baş vermiş zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirib.

"Report" bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.
Вернуться назад