Главная > Manset / Cəmiyyət > Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb
Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb22-08-2023, 11:08. Разместил: azadses |
Azərbaycanın Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də teleqram və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Azərbaycanın Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb. Bu barədə "Report"a Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil “Artsax Respublikası” kimi adlandırması, ərazimizdə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycanın Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməniəsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib. Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycanın Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir. Вернуться назад |