Главная > Manset / İqtisadiyyat > Azərbaycandan Macarıstana qaz nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq
Azərbaycandan Macarıstana qaz nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq21-08-2023, 07:56. Разместил: azadses |
Budapeşt və Bakı arasında siyasi saziş imzalanıb və bu sazişə əsasən, Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq. “Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. Onun sözlərinə görə, 2023-cü ilin dördüncü rübündə Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz alacaq. Nazir əlavə edib ki, Macarıstan uzun müddətdir ki, Azərbaycanla əməkdaşlığı inkişaf etdirir və siyasi saziş qaz tədarükünün daha da artırılmasını bir milyard kubmetrə çatdırmağı nəzərdə tutur. Eyni zamanda Macarıstan rezervuarlarında 50 milyard kubmetr Azərbaycan qazının saxlanmasına dair razılaşma da əldə edilib. O, həmçinin qeyd edib ki, Macarıstan qaz tədarükünün şaxələndirilməsi üzərində işləyir və Ekvadordan neft idxalı imkanlarını nəzərdən keçirir. Bundan əvvəl Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə Azərbaycanın neft-qaz şirkəti SOCAR arasında 2023-cü ilin sonuna qədər Macarıstana ildə 2 milyard kubmetrə qədər mümkün artımla 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında saziş imzalanıb. Вернуться назад |