Главная > Manset / Dünya > Moskva meri: Şəhərə dron hücumu cəhdi olub
Moskva meri: Şəhərə dron hücumu cəhdi olub20-08-2023, 07:55. Разместил: azadses |
Rusiyanın paytaxtı Moskvaya dron hücumu cəhdi olub. Bu cəhdlər hava hücumundan müdafiə vasitələri tərəfindən qabaqlanıb. “Report” xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin teleqramda bildirib. “Gecə Moskvaya cənub yönündən dronla soxulmağa cəhd edilib. Hava hücumundan müdafiə qüvvələri tərəfindən qabaqlanıb”, - Sobyanin diqqətə çatdırıb. Məlumatda dronun harada zərərsizləşdirildiyi aydınlaşdırılmayıb. Xatırladaq ki, bu gecə Moskvanın iki hava limanında reys qəbulu və göndərişi müvəqqəti olaraq dayandırılıb. Bundan başqa, Ukrayna ilə həmsərhəd olan Kursk şəhərinin dəmir yolu vağzalına dron hücumu olub, 5 nəfər yaralanıb. Вернуться назад |