Главная > Manset / Dünya > ÜST: Dünyada koronavirusa yoluxma artır

ÜST: Dünyada koronavirusa yoluxma artır


18-08-2023, 08:41. Разместил: azadses
İyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63% artıb.

Məlumata görə, 104 ölkədə COVID-19-a yoluxma qeydə alınıb. ÜST qeyd edib ki, fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, COVID-19 "əsas təhlükə olaraq qalır".


Вернуться назад