Главная > Manset / Cəmiyyət > Azərbaycan Ordusunun mövqeləri Naxçıvan istiqamətində atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri Naxçıvan istiqamətində atəşə tutulub


16-08-2023, 21:37. Разместил: azadses
Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.


Вернуться назад