Главная > Manset / Cəmiyyət > Qərbi Azərbaycan İcması İspaniyanın separatizmi təşviq edən mövqeyini kəskin şəkildə pisləyib

Qərbi Azərbaycan İcması İspaniyanın separatizmi təşviq edən mövqeyini kəskin şəkildə pisləyib


15-08-2023, 13:52. Разместил: azadses
Qərbi Azərbaycan İcması son vaxtlar İspaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, separatizmi təşviq edən mövqeyini kəskin şəkildə pisləyib.

Bu barədə "Report"a İcmadan məlumat verilib.

Bildirilib ki, icma rəsmi Madriddən beynəlxalq hüquqa münasibətdə ikili standartlar siyasətinə son qoymağı və Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edib.

İcma İspaniyanı Ermənistandan qovulmuş azərbaycanlıların dinc yolla, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırıb.


Вернуться назад