Главная > Manset / Cəmiyyət > Bakı və Abşeronda temperatur iqlim normasından 4 dərəcə yüksək olub - FAKTİKİ HAVA

Bakı və Abşeronda temperatur iqlim normasından 4 dərəcə yüksək olub - FAKTİKİ HAVA


15-08-2023, 08:47. Разместил: azadses
Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olub.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 15-i saat 09:00-a olan məlumata əsasən avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlib.

Sinoptik şəraitlə əlaqədar ölkədə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.


Вернуться назад