Главная > Manset > Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/4 final mərhələsində ilk oyununu keçirəcək

Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/4 final mərhələsində ilk oyununu keçirəcək


15-08-2023, 08:00. Разместил: azadses
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün 1/4 final mərhələsinin ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, 28 yaşlı qrossmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gələcək.

Abasov qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.


Вернуться назад