Главная > Manset / Siyasət > TBMM sədri: “Ukraynadakı müharibənin uzanmasında maraqlı olan güclər var”

TBMM sədri: “Ukraynadakı müharibənin uzanmasında maraqlı olan güclər var”


9-08-2023, 12:55. Разместил: azadses
“Ukraynadakı müharibənin uzanmasında maraqlı olan güclər var”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən XIV səfirlər konfransında çıxışı zamanı deyib.

“Taxıl sazişi” Türkiyənin Ukraynadakı müharibə ilə bağlı humanist mövqeyinin təzahürüdür” - TBMM sədri vurğulayıb.

O bildirib ki, Ukraynadakı savaş təkcə siyasi məsələ deyil:

“Burada insanların taleyini düşünmək lazımdır. Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynadan olan həmkarları ilə telefonla danışaraq “Taxıl sazişi”ni bərpa etməyə çalışır”.

N.Kurtulmuş bildirib ki, Türkiyə regionda sülhün təmin olunmasına çalışır:

“Rusiya- Ukrayna məsələsindəki mövqeyimiz tarixi mövqeyidir. Bu müharibə əslində Rusiya ilə Qərb arasında müharibənin işartısıdır”.

TBMM sədrinin sözlərinə görə, sülhü istəməyən, müharibənin uzanmasında maraqlı olan güclər var.


Вернуться назад