Главная > Manset / Cəmiyyət > “Prezidentin bölgələrə səfəri Azərbaycanın milli prioritetlərinə doğru daha bir addım hesab olunmalıdır” - RƏY
“Prezidentin bölgələrə səfəri Azərbaycanın milli prioritetlərinə doğru daha bir addım hesab olunmalıdır” - RƏY8-08-2023, 19:11. Разместил: azadses |
“Prezident İlham Əliyevin ötən gün Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri Azərbaycanın milli prioritetlərinə doğru daha bir addım hesab olunmalıdır. Xüsusən dövlət başçısının açılışını etdiyi infrastruktur layihələri və obyektlər regionların paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olması və bölgələrimizin milli gəlirdə payının artırılması baxımdan çox önəmli hadisədir”. Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, istənilən ölkədə davamlı inkişaf üçün möhkəm zəmin yalnız uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlı olmasını təmin etməklə mümkündür: “Azərbaycanda xüsusilə Vətən müharibəsindən sonra müşahidə olunan yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, bu çərçivədə sosial-iqtisadi və siyasi nailiyyətlər, çox böyük nemətimiz olan milli və multikultural dəyərlər, habelə sabitliyin möhkəmliyi ölkədə sağlam və tarazlı iqtisadi artıma nail olunduğunu göstərir. Bütün bunlar Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır, amma eyni zamanda hazırda müşahidə olunan qlobal iqtisadi təlatümlər çərçivəsində cari müsbət nəticələrin davamlılığının təmin olunması zərurətini ortaya çıxarır”. Deputat söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl və şaxələndirilmiş tədbirlər, Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsi ölkənin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir: “Lakin o da sirr deyil ki, ötən dövrdə regionlarla müqayisədə paytaxtın daha sürətlə inkişaf etməsi fonunda, regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsi zərurətə çevrilmişdir. Dövlət başçısı da məhz 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sırasında üçüncü hədəf kimi, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğunu və bu hədəfin vacib elementi kimi paytaxt və regionların tarazlı inkişafını müəyyən edib. Qeyd olunan sərəncama əsasən, uzunmüddətli dövrdə məhz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq vəzifə olaraq qoyulur. Möhtərəm Prezident həmin hüquqi aktda aydın formada ifadə edir ki, regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Əslində, son 20 ildə tarixi inkişaf yoluna diqqət etsək, aydın şəkildə görə bilərik ki, inkişafın paytaxtla tarazlaşdırılması üçün bölgələrimizdə zəruri olan bütün iqtisadi və sosial infrastruktur əksər surətdə yaradılıb. Lakin müstəqilliyi bərpa etdikdən sonra keçilən keşməkeşli yol, siyasi və iqtisadi cəhətdən tam suverenliyin əldə olunmasının kifayət qədər ağır bir proses olması, habelə 30 ilə yaxın davam edən işğal bu tarazlığın təmin edilməsinə istənilən halda öz təsirini göstərmişdi. Lakin ölkə Prezidentinin bu istiqamətdə qətiyyəti ilə iqtisadi suverenliyin tam təmin olunması, dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət, insan kapitalının müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılması və ən nəhayət, işğaldan azad edilmiş ərazilərin nəhəng potensialının iqtisadi sistemə inteqrasiyası və həmin ərazilərə əhalinin qayıdışının sürətləndirilməsi kifayət qədər nikbin perspektiv vəd edir”. B.Məhərrəmov vurğulayıb ki, Azərbaycanda iqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın effektiv şaxələnməsi, ixrac potensialının tam reallaşdırılması üçün qeyri-neft iqtisadiyyatının inkişafı çox vacibdir: “Çünki dövlət başçısının ifadə etdiyi kimi, “yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər”. Bunun üçün isə əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır və bu isə yalnız bölgələrin potensialı hesabına mümkündür. Eyni zamanda regionlarda cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmlənməsi vacib şərtdir. Sirr deyil ki, 44 günlük haqq savaşından sonra imkanlar daha çox Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və əhalinin layiqli və təhlükəsiz qayıdışına səfərbər edilib. Hətta son iki il üzrə büdcə dürüstləşməsində belə, iki vacib istiqamətdən biri işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və bərpa idi. Lakin ötən gün dövlət başçısının Qazax rayonuna səfəri çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, avtomobil yolları və mebel fabrikinin, Şəmkirdə məktəb-liseyin, Samuxda Mərkəzi Xəstəxana və uşaq musiqi məktəbinin yeni binalarının, Bərdədə Qarabağ Regional DOST Mərkəzi və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışlarını etməsi sübut edib ki, bizim üçün prinsipial məsələ olan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, digər regionlar da möhtərəm Prezidentin diqqət mərkəzindədir. Məqsəd isə çox aydındır - uğurlu iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla ən azı paytaxt qədər bütün bölgələrimizdə də həyat səviyyəsi ilbəil yaxşılaşmalı, insanların yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalı, daha dəqiq desək, hər bir vətəndaş, o cümlədən paytaxtdan kənarda yaşayanlar öz həyatlarında bu inkişafı hiss etməlidir. Bu mənada əminliklə demək olar ki, Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri həm də göstərmiş oldu ki, dövlət başçısı milli sosial rifah səviyyəsinin davamlı və bütün ölkə üzrə artmasını Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsinə çevirə bilib”. Вернуться назад |