Главная > Manset / Cəmiyyət > Naxçıvanda keçiriləcək festival istilərə görə təxirə salınıb

Naxçıvanda keçiriləcək festival istilərə görə təxirə salınıb


8-08-2023, 16:46. Разместил: azadses
Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Buna görə də, festival 8-9 sentyabr tarixlərinə təyin olunub.

Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

Qeyd edək ki, festivalın avqustun 25-26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, son günlər Azərbaycanda havanın temperaturu artıb və bununla bağlı əhaliyə xəbərdarlıq edilib.


Вернуться назад