Главная > Manset / Cəmiyyət > Britaniya Azərbaycanda minalarla mübarizə üçün əlavə 500 min funt-sterlinq ayırıb
Britaniya Azərbaycanda minalarla mübarizə üçün əlavə 500 min funt-sterlinq ayırıb8-08-2023, 14:17. Разместил: azadses |
Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb. “Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tviterdə paylaşım edib. Qeyd edilib ki, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. Вернуться назад |