Главная > Manset / Cəmiyyət > Coşkun Başbuğ: “FETÖ terror təşkilatının təzyiqiylə iki il yarım həbsdə qaldım”
Coşkun Başbuğ: “FETÖ terror təşkilatının təzyiqiylə iki il yarım həbsdə qaldım”8-08-2023, 08:38. Разместил: azadses |
“FETÖ terror təşkilatının qurduğu plan əsasında iki il yarım həbsdə qaldım”. Bunu “Report”un Ankara bürosuna açıqlamasında təhlükəsizlik, hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, keçmiş hərbçi Coşkun Başbuğ bildirib. FETÖ terror təşkilatının qurbanlarından biri olaraq böhtan, təzyiq və həbsə məruz qaldığını bildirən hərbi ekspert bəraət aldıqdan sonra da bu təşkilatla mübarizəsini davam etdirdiyini deyib: “2005-ci ildə Fətullah Gülən hərəkatına qarşı mübarizə aparanda, “FETÖ” deyəndə bizə həqarət edirdilər. Böhtanlarına, təzyiqlərinə məruz qaldım. İki il yarım həbsdə qaldım. Bəraət aldıqdan sonra da FETÖ-ya qarşı mübarizə tədbirlərini dayandırmadım. “Fətullahçı terror təşkilatı” ifadəsini də ilk dəfə mən işlətdim. Hələ də mübarizəm davam edir. Getdiyimiz ölkələrdə də əldə etdiyimiz məlumatları paylaşırıq”. Ekspert hesab edir ki, FETÖ izi olan hər ölkənin milli təhlükəsizlik quruluşlarının ortaq fəaliyyəti bu terror təşkilatını tamamilə zərərsizləşdirməkdə önəmli rol oynaya bilər: “Bu baxımdan Türkiyənin təcrübəsindən faydalanmaq olar. Azərbaycan Türkiyədən sonra FETÖ ilə ən ciddi şəkildə mübarizə aparan ölkədir. Amma FETÖ-nun yer aldığı bütün ölkələrin birgə əməkdaşlığı sayəsində bu təşkilatın tör-töküntülərini daha tez təmizləmək mümkündür”. Вернуться назад |