Главная > Manset / Dünya > Ukrayna Baş Qərargahı son sutkada Rusiyanın 590 hərbçisinin zərərsizləşdirildiyini açıqlayıb

Ukrayna Baş Qərargahı son sutkada Rusiyanın 590 hərbçisinin zərərsizləşdirildiyini açıqlayıb


6-08-2023, 15:04. Разместил: azadses
Ukrayna ordusu ötən gün ərzində Rusiya ordusunun daha 590 hərbçisini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukdakı hesabında bildirib.

Qeyd edilib ki, müharibənin başlanğıcından bu günə kimi Rusiya təxminən 249 700 canlı qüvvəsini itirib.

Məlumata görə, müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə kimi Rusiya ordusunun ümumi döyüş itkiləri belədir: şəxsi heyət - təxminən 249 700 nəfər; tanklar – 4 237 (son gündə daha 5 tank) ədəd; zirehli döyüş maşınları – 8 265 (+22) ədəd; artilleriya sistemləri – 4 965 (+22) ədəd; RYAS (reaktiv yaylım atəş sistemləri) – 705 (+1) ədəd; hava hücumundan müdafiə sistemləri - 466 ədəd; təyyarə - 315 ədəd; helikopterlər - 311 ədəd; PUA-lar – 4 126 (+10) ədəd; qanadlı raketlər – 1 359 (+12) ədəd, avtomobil texnikası və yanacaq çəni – 7 441 (+19) və xüsusi texnika – 734 (+4).


Вернуться назад