Главная > Manset / Kriminal > Bakıda 34 yaşlı qadın qətlə yetirilib, cinayət işi başlanıb
Bakıda 34 yaşlı qadın qətlə yetirilib, cinayət işi başlanıb5-08-2023, 21:57. Разместил: azadses |
Avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. Bu barədə "Report"a Nərimanov rayon prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Вернуться назад |