Главная > Manset / Siyasət > Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib

Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib


4-08-2023, 10:20. Разместил: azadses
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

“Report” xəbər verir ki, məlumatı “Resmi Gazeta” yayıb.

Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir.

Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.


Вернуться назад