Главная > Manset / Cəmiyyət > Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb

Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb


31-07-2023, 17:00. Разместил: azadses
Azərbaycanın məktəbəqədər təhsil müəssisələrinin (bağça) müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

"Report"un məlumatına görə, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.


Вернуться назад