Главная > Manset / Cəmiyyət > Ağstafada partlayış nəticəsində ağır xəsarət alan şəxsin ayağı amputasiya olunub
Ağstafada partlayış nəticəsində ağır xəsarət alan şəxsin ayağı amputasiya olunub28-07-2023, 08:00. Разместил: azadses |
Ağstafa rayon Eynallı kəndində evin çardağında qaynaq işləri görən şəxs bədbəxt hadisə nəticəsində bir ayağını itirib. "Report"un Qərb bürosunun məlumatına görə, qaynaq aparatının partlaması nəticəsində ağır xəsarət alan, 1971-ci il təvəllüdlü Qabil Tahir oğlu İmamverdiyev xəstəxanaya yerləşdirilib. Onun bir ayağı cərrahiyyə əməliyyatı ilə amputasiya olunub. Q.İmamverdiyev həmçinin hadisə nəticəsində yanıq xəsarətləri də alıb. Hazırda zərərçəkmişin vəziyyəti stabil olaraq qalır. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |