Главная > Manset / Cəmiyyət > Dövlət Agentliyi bu il 168 yoxlama tədbiri həyata keçirib
Dövlət Agentliyi bu il 168 yoxlama tədbiri həyata keçirib26-07-2023, 18:44. Разместил: azadses |
Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən bu ilin 6 ayı ərzində 168 yoxlama nəzarət tədbiri həyata keçirilib. "Report" xəbər verir ki, bunu Dövlət Agentliyinin rəisi Nicat Əliyev qurumun bu ilin 6 ayı ərzində gördüyü işlərə dair keçirilən brifinqdə deyib. O bildirib ki, xəstəxanalarda aparılan yoxlamaların 57 faizi özəl, 43 faizi isə dövlət tibb müəssisələrinin payına düşüb: "Bundan başqa, sənaye və elmi tədqiqat müəssisələri üzrə yoxlamaların 86 faizi özəl, 14 faiz isə dövlət müəssisələrini əhatə edib". Вернуться назад |