Главная > Manset / İdman > Çempionlar Liqası: "Qarabağ" Polşa çempionu ilə qarşılaşacaq

Çempionlar Liqası: "Qarabağ" Polşa çempionu ilə qarşılaşacaq


26-07-2023, 07:57. Разместил: azadses
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

“Report”un məlumatına görə, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.

İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, “Miejski” stadionu


Вернуться назад