Главная > Manset / Dünya > FED-in qərarı ərəfəsində qızılın qiyməti cüzi artıb

FED-in qərarı ərəfəsində qızılın qiyməti cüzi artıb


25-07-2023, 14:26. Разместил: azadses
Birjaların ABŞ Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsi ilə bağlı qərarını gözlədiyi bir zamanda qızılın qiyməti sabitlik nümayiş etdirir.

"Report" birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,02 % və ya 0,3 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 962,55 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,35 % artaraq 1 unsiyası 24,668 ABŞ dolları təşkil edib.

ABŞ Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını bu gün açıqlayacaq. Analitiklər hesab edirlər ki, FED uçot dərəcəsini illik 5-5,25 %-lik hazırkı səviyyədən 25 baza bəndi səviyyəsində artıracaq.


Вернуться назад