Главная > Manset / Cəmiyyət > Küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək

Küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək


25-07-2023, 11:09. Разместил: azadses
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.


Вернуться назад