Главная > Manset / Dünya > Yeni Zelandiyanın ədliyyə naziri polisə müqavimətdə ittiham olunaraq işdən çıxarılıb

Yeni Zelandiyanın ədliyyə naziri polisə müqavimətdə ittiham olunaraq işdən çıxarılıb


24-07-2023, 07:44. Разместил: azadses
Yeni Zelandiyanın ədliyyə və regional inkişaf naziri Kiritapu Allan sərxoş vəziyyətdə təhlükəli şəkildə avtomobil idarə etdiyinə görə həbs olunduqdan və polisə müqavimət göstərməkdə ittiham olunduqdan sonra vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kris Himkinsin Nazirlər Kabinetinin saytında dərc olunan açıqlamasında bildirilib.

Hökumət başçısı qeyd edib ki, Allan, onun fikrincə, “indi nazir vəzifəsini yerinə yetirmək iqtidarında deyil”:

“O, bununla razılaşıb və dərhal öz vəzifəsindən istefa verəcəyini və siyasətdəki gələcəyini düşünmək üçün evə qayıdacağını söyləyib. Mən bu istefanı qəbul etdim”.

Baş nazir diqqətə çatdırıb ki, “insident zamanı Allan şəxsi problemlərdən və sarsılmış psixi sağlamlıqdan qaynaqlanan güclü emosional sarsıntı keçirib”:

“Bu problemlər öncələr də bəlli idi ... və biz ona onları çözmək üçün fürsət və vaxt verdik, ancaq olayın göstərdiyi kimi, bu cür problemlərin həmişə tez çözümü olmur və Allanın indi edə biləcəyi ən yaxşı şey parlamentdən uzaqda öz rifahına diqqət yetirməkdir”.

Xatırladaq ki, iyulun 23-də gecə saatlarında Kiritapu Allan paytaxt Vellinqtonun mərkəzində avtomobil qəzasına düşüb. O, olay yerinə gələn polisə müqavimət göstərib və bundan başqa, onun alkoqol testi icazə verilən həddi aşdığı ortaya çıxıb. Nazir saxlanılıb və o, ehtiyatsızlıqdan avtomobil idarə etmək və həbsə müqavimət göstərməkdə ittiham olunub. Daha sonra Allanın məhkəmə tarixi elan olunana qədər evə getməsinə icazə verilib.


Вернуться назад