Главная > Manset / Dünya > Zelenski: “Rusiya ordusu mütləq cavabını alacaq”

Zelenski: “Rusiya ordusu mütləq cavabını alacaq”


23-07-2023, 13:42. Разместил: azadses
“Rusiya ordusu dinc şəhərlərə endirdikləri raket zərbələrinə görə mütləq cavablarını alacaqlar”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu pislik uduzacaq. Odessa üçün isə Rusiya terrorçularına (hərbçiləri – Qeyd) mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”-deyə, o bildirib.

Onun sözlərinə görə, hazırda Odessaya gecə hücumu nəticəsində zərərçəkən şəxslərin hamısına lazımi yardım göstərilir.


Вернуться назад