Главная > Manset / Dünya > Rusiyada miqrantlar arasında cinayətlərin sayı artır
Rusiyada miqrantlar arasında cinayətlərin sayı artır22-07-2023, 08:45. Разместил: azadses |
2023-cü ilin ilk altı ayında miqrantlar Rusiya Federasiyasının ərazisində 22 mindən çox cinayət törədiblər ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. “Report” TASS-a istinadən xəbər verir ki, bu göstəricilər ölkənin Daxili İşlər Nazirliyinin statistikasında öz əksini tapıb. “Rusiya Federasiyası ərazisində əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər 22,4 min cinayət törədiblər ki, bu da 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,3 % çoxdur”, - materiallarda deyilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, MDB ölkələrinin vətəndaşları tərəfindən 18,4 min cinayət törədilib ki, bu da bir il əvvəllə müqayisədə 6,5 % çoxdur. Xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə qarşı 6,9 min cinayət törədilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,2 % azdır. Вернуться назад |