Главная > Manset / Cəmiyyət > AMFA: “Azərbaycanda risksiz müştərilər daha çox qadın sahibkarlardır”
AMFA: “Azərbaycanda risksiz müştərilər daha çox qadın sahibkarlardır”20-07-2023, 16:59. Разместил: azadses |
"Bu gün Azərbaycanda banklar üçün risksiz müştərilər daha çox qadın sahibkarlardır". Bunu “Report”a "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyib. “Banklar istəyirlər ki, ən risksiz müştərini cəlb etsinlər. Risksiz müştərilər isə əsasən qadınlardır, çünki onlar daha çox uzunmüddətli baxışa sahibdirlər. Qadınlar qısamüddətli baxışa investisiya yatırmaq istəmirlər. Banklar da ona görə qadın sahibkarlığına maliyyə ayırmaqda maraqlıdırlar. Qadın sahibkarların istədikləri məbləğin həcmi kiçik ola bilər, lakın bunun xərci çoxdur. Amma uzunmüddətlilik baxımından qadın sahibkarları bizneslərini dayanıqlı edirlər”, - deyə o qeyd edib. J.Hacıyevanın sözlərinə görə, Azərbaycanda lakin bir bank və bank olmayan kredit təşkilatı qadın sahibkarları üçün xüsusi məhsullar təklif edilir: “Onların saytlarında qadın sahibkarlarına təklif edilən məhsullar barədə məlumatlar yerləşdirilib. Halbuki 5 il bundan öncə qadın sahibkarlarına ayrı məhsul təklif edilmirdi”. Assosiasiya rəhbəri vurğulayıb ki, hazırda ölkədə fəaliyyət göstərən bütün banklar və BOKT-lar qadın sahibkarları üçün açıqdırlar. O deyib ki, Mikromaliyyə Assosiasiyası qadın sahibkarlığı ilə bağlı dinamikanı izləyir: "2014-cü ilə qədər biz banklardan kredit alan qadın sahibkarların statistikasını istəyəndə, bizə deyirdilər ki, bizdə elə bir statistika yoxdur. Lakin bu statistikanın aparılması banklara imkan verir ki, risk dərəcələrini təhlil etsinlər”. J.Hacıyeva vurğulayıb ki, beynəlxalq banklar qadın sahibkarlığına üstünlük verirlər: "Elə bu hal yerli banklarda maraq yaradıb, bu səbəbdən də onlar qadın sahibkarları ilə bağlı ayrıca statistikasının aparılmasına başladılar”. Onun sözlərinə görə, Azərbaycanda mikrokredit alan qadın sahibkarların 1996-cı ildə ümumi mikrokredit alanların cəmi 4 %-ni təşkil etdiyi halda, hazırda 32 %-dir: “Bizim statistikaya görə, hər il onların xüsusi çəkisi 27-28 % civarında olur, ancaq son bir ildə bu rəqəm 4 faiz bəndi artıb”. Kredit faizlərindən danışarkən, J.Hacıyeva bildirib ki, bankların sahibkarlara kreditə verdiyi vəsaitin faiz dərəcəsi biznesin növündən aslıdır: “Burda qadın sahibkarların səriştəsindən asılıdır, o, nə qədər iş görəcəyi sahəni bilir. Bütün bunların hamısı faiz dərəcəsinə təsir edir. Hətta bu gün xarici investorlar banklara kredit verəndə onlar bütün banklara eyni faizlə kredit vermirlər. Onlar yerli bankların risklərini necə idarəetməsinə baxırlar, çox aspekti araşdırırlar”. O, bölgələrin qadın sahibkarlığında nə dərəcədə fəal olmasından da danışıb: “Şəmkirdən olan qadınlar qadın sahibkarlığı sahəsində liderdirlər. Ölkə üzrə sahibkarlıqla məşğul olan qadınların 38 %-i kənd təsərrüfatı sahəsindədirlər. Kənd təsərrüfatı sahəsi qadınların ərzaq təhlükəsizliyini təmin edir, həmçinin satış bacarıqlarının artırılmasına səbəb olur. Ərzaq təhlükəsizliyti - strateji sahədir, ona görə də qadınlar bu sahəyə önəm verirlər. Qadınların bacarıqları əsasən bu sahədədir". Вернуться назад |