Главная > Manset / İqtisadiyyat > Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 21 % artıb
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 21 % artıb19-07-2023, 15:14. Разместил: azadses |
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 939,4 milyon manat vəsait yönəldib. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7 % çoxdur. Hesabat dövründə xarici investisiyaların 1 milyard 838,3 milyon manatı (94,8 %-i) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub. Вернуться назад |