Главная > Manset / Dünya > Krımda 4 yaşayış məntəqəsinin sakinləri təxliyə olunur

Krımda 4 yaşayış məntəqəsinin sakinləri təxliyə olunur


19-07-2023, 07:58. Разместил: azadses
İşğal altındakı Krım regionunun qondarma rəhbərliyi yanan silah-sursat anbarının yaxınlığındakı dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə edir.

“Report” xəbər verir ki, bu barədə regionun qondarma rəhbəri Sergey Aksenov teleqramda bildirib.

O, yarımadanın şərqindəki poliqon ətrafındakı ərazilərdən dörd yaşayış məntəqəsinin 2 min sakininin təxliyə olunacağını açıqlayıb.

Belə ki, Krımın şərqindəki Kirovski rayonundakı təlim poliqonunda Rusiya ordusunun silah-sursat anbarı yanır və partlayır.


Вернуться назад