Главная > Manset / Dünya > Yaponiya yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etmək niyyətindədir
Yaponiya yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etmək niyyətindədir18-07-2023, 07:55. Разместил: azadses |
Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etmək niyyətindədir. “Report”un məlumatına görə, bu barədə mənbələrə istinadən Yomiuri qəzeti məlumat yayıb. Qeyd olunub ki, müvafiq qərar avqustun əvvəlində qüvvəyə minə bilər. Bundan əlavə, Yaponiya hakimiyyəti Rusiyaya elektromobil və hibridlərin ixracını tamamilə qadağan etməyi gözləyir. Yaponiyanın Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq etdiyi sanksiyalar artıq Rusiyadan 1000-ə yaxın insanı və 100-ə yaxın təşkilatı əhatə edir. Вернуться назад |